Jalə Əliyeva yenə deputat olmaq istəyir...

Jalə Əliyeva yenə deputat olmaq istəyir...

Hazırda oxunan: Jalə Əliyeva yenə deputat olmaq istəyir...

95944
Milli Məclisin bitərəf deputatı Jalə Əliyeva noyabrın 1-ə təyin olunan növbəti parlament seçkilərində iştirak etmək üçün deputatlığa namizədliyini irəli sürəcək.
 
Bu barədə Publika.az-a J.Əliyeva özü bildirib.
 
J.Əliyeva yenə də 92 saylı Zərdab-Ucar seçki dairəsindən namizədliyini irəli sürəcəyini deyib: “Hazırda sənədlərimi hazırlayıram. Yəqin ki, yaxın günlərdə sənədlərim seçki dairəsinə təqdim olunacaq”x9d.
 
J.Əliyeva təmsil olunduğu dairədən YAP-ın namizəd irəli sürməsi məsələsinə də toxunub: “Bu seçkidir, burada kimin seçilib-seçilməməsini seçici həll edir. Nəticə necə olacaqsa, bu, seçki günü bəlli olacaq. İnşallah nəticə seçki günü bilinəcək”x9d.
 
Xatırladaq ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) 92 saylı Zərdab-Ucar seçki dairəsindən Gülağa İsgəndərovun namizədliyini irəli sürüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO