Azərbaycanlı deputat Avropa Şurasının baş məruzəçisi kimi BMT və AŞ-nin uşaqların hüquqlarına həsr olunmuş beynəlxalq konfransda məruzə ilə çıxış edib.
Bu barədə Moderator.az-a açıqlamasında millət vəkili Sevinc Fətəliyeva deyib.
Onun sözlərinə görə, BMT Baş katibi və AŞ-nin təşəbbüsü ilə uşaq konvensiyası və uşaqlarının cinsi zorakılığa məruz qalması və bu problemlərin həlli yollarına həsr olunmuş beynəlxalq konfrans keçirilir:
”x9dMən bu konfrnasda Azərbaycan deyil, Avropa Şurasının uşaq hüquqları ilə bağlı baş məruzəçisi qismində iştirak edirəm və artıq məruzə ilə çıxış etmişəm. Mənim məruzəm AŞ-nin son beş ildə uşaq hüquqları sahəsində gördüyü işləri əhatə edib və bu barədə toplantı iştirakçılarını məlumatlandırdım. Bildirdim ki, təmsil etdiyim təşkilat uşaqların hüquqlarının müdafiəsi və onların zorakılığa məruz qalması istiqamətində çeşidli tədbirlər planı həyata keçirməkdədir. AŞPA-da uşaqların cinsi, ailə-məişət zorakılığına məruz qalması, psixoloji təzyiqlər və travmalar adı altında istismarına qarşı çoxsaylı tədbirlər keçirilib və orada geniş müzakirələr aparılaraq çıxış yolları aranıb.
Bundan əlavə olaraq AŞ beş uşaqdan biri kampaniyasını aktiv formada həyata keçriməkdədir. Hazırda uşaqların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işləri aparmaqdadır.”x9d
S. Fətəliyeva onu da bildirdi ki, onun AŞ-də təmsil olunduğu sosial məsələlər, davamlı inkişaf və sağlamlıq komitəsi 18 noyabrı uşaqların hüquqlarının müdafiə gününün elan olunması təşəbbüsü ilə çıxış edib. “Bu təklif hələ ki, rəsmi qərar kimi təsdiq edilməyib. Ancaq bu rəsmi qərar kimi qəbul olunacaq.”x9d
Azərbaycanlı parlamentari onu da əlavə etdi ki, bu gün BMT Baş katibinin təşkilatşılığı ilə uşaqların zorakılığa məruz qalması ilə bağlı növbəti ikigünlük konfrans düzənlənəcək və orada da AŞ-nin məruzəçisi kimi çıxış edəcək. Məruzəsində isə yenə də AŞ-nin bu sahədə gördüyü işlər, problemlər, qarşıda duran vəzifələr və onun həlli yolları barədə öz təkliflərini təqdim edəcək.




























































































