Dünyanın ilk super gücə sahib smartfonu -  4 Gb Ram ilə- FOTO/VİDEO

Dünyanın ilk super gücə sahib smartfonu - 4 Gb Ram ilə- FOTO/VİDEO

Hazırda oxunan: Dünyanın ilk super gücə sahib smartfonu - 4 Gb Ram ilə- FOTO/VİDEO

66517
"Asus" şirkəti "CES 2015" beynəlxalq elektronika sərgisində 2,3 QHs takt tezlikli "Intel Atom Z3580" prosessoru və 4 QB əməli yaddaşla təchiz edilmiş qabaqcıl "Asus ZenFone 2" smartfonunu nümayiş etdirib. Qurğu "Android 5.0 Lollipop" platforması ilə işləyir.
 
"ZenFone 2" smartfonu "Full HD" (403 ppi) təsvir ölçülü 5.5 düymlük "TruVivid" sensor ekranı və "Gorilla Glass 3" qoruyucu şüşəsi ilə təchiz edilib. İddialara görə, ekranın rəngötürücülüyü və baxış bucağı rəqiblərlə müqayisədə daha yaxşıdır.ZenFone 2 modelinin ən incə bölgəsi 3.9 mm ikən telefonun ən qalın bölgəsi 10.9 mm ölçülərinə sahibdir. Kənarlara doğru nazikləşən əldə asan tutulan bir dizayna sahib olan telefon 170 qram ağırlığındadır.
 
Moderator.az türk mətbuatına istinadən xəbər verir ki, " Başqalarında görmədiyini gör" sloqanı ilə "Zenfone 2" smartfonunda ikiqat işıq diodu işıqlandırıcısı və zəif işıqlandırma şəraitində fotoşəkillərin keyfiyyətini yüksəldən "PixelMaster" texnologiyasına malik 13 meqapiksellik kamera istifadə olunur. İstehsalçının məlumatına əsasən, sözügedən aparatın kamerası "iPhone 6 Plus", "Samsung Galaxy Note 4" və başqa qabaqcıl smartfonlarla müqayisədə daha yaxşı çəkir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir.
 
Asus Zenfone 2 Kamera

Aparat eyni anda iki SİM kart dəstəkləyir. Məlumatların saxlanılması üçün yaddaşın həcmi 16-64 QB arasında dəyişir, bundan başqa, 64 QB-dək tutumda "microSD" kartları dəstəklənir. Qurğu 3000 milliamper/saat tutumunda akkumulyator batareyası və "LTE Cat 4" modulu ilə təchiz edilib.
 
Qara, boz, ağ, qırmızı və qızılı korpuslarda əlçatan olacaq qurğunun satışlarına bu ilin martında start veriləcək

asus-zenfone2
Qeyd edək ki, 2 Gb ram dəstəyi olan smartfonun 199 dollar, 4 Gb ram dəstəyi olan smartfonun isə 299 dollardan satılması gözlənilir
asus-zenfone-2
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO