
- A-
- A
- A+
Məktəbdə həyatını itirən şagirdin ölümü barədə DETALLAR - VİDEO
Faciəvi şəkildə dünyasını dəyişən 7-ci sinif şagirdi Günel Dadaşova Salyan rayonunun Arbatan kənd qəbiristanlığında dəfn edilib.
Qeyd edək ki, məktəbli Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə pəncərədən yıxılaraq həyatını itirib. Bu hadisə onun doğmaları ilə yanaşı, rayon sakinlərini də sarsıdıb.
Bizim.Media xəbər verir ki, kənd sakinləri hadisə ilə bağlı Baku TV-yə danışıblar:
“Uşaq faciəvi şəkildə dünyasını dəyişib. Güneli, əslində, xalası böyütmüşdü. Üç il əvvəl xalasını da qatar vurdu, dünyasını dəyişdi. Dünən Günelin ölüm xəbərini eşidəndə çox pis olduq”, – onlardan biri söyləyib.
Sakinlərin sözlərinə görə, Günel Dadaşovanın doğma anası onu körpə yaşlarından xalasına saxlamağa verib və Günel onun himayəsində böyüyüb. 2023-cü ildə isə analığı faciəvi şəkildə həyatını itirib. Bundan sonra isə Günelin Bakıya gələrək anası ilə yaşadığı bildirilib.
Daha ətraflı BakuTV-nin videomaterialında:
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.






























































































