II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Hazırda oxunan: II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ
645024
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Məşhur britaniyalı aktyor Patrik Stüart 86 yaşında vəfat edib.

Bizim.Media xəbər verir ki, bu barədə “Hollywood Reporter” məlumat yayıb.

Nəşrin məlumatına görə, aktyor uzun müddət “Alzheimer” xəstəliyi və “Levi” cisimcikli demensiya ilə mübarizə apardıqdan sonra Los-Ancelesdəki evində dünyasını dəyişib. 
 

Patrik Stüart 100-dən çox film və serialda rol alıb. O, daha çox “Ulduz yolu” serialında kapitan Jan-Lük Pikard, eləcə də “İks-adamlar” filmlərində professor Çarlz Ksavyer obrazları ilə tanınıb.


Aktyorun canlandırdığı professor Çarlz Ksavyer obrazı qarşıdan gələn “Qisasçılar: Qiyamət günü” filmində yenidən tamaşaçıların qarşısına çıxacaq. Bu rolun Stüartın son böyük ekran işi olacağı bildirilir.

Kino sahəsindəki uğurlarına görə Patrik Stüart 2001-ci ildə Britaniya İmperiyası Ordeninin zabiti adına layiq görülüb. 2010-cu ildə isə kraliça II Elizabet onu cəngavər elan edib.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO