“Bu gün Azərbaycan gəncləri və ya gənclərdən ibarət birliklər ölkədə mövcud hər hansısa bir problemi həll etmək iqtidarındadır”. “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsinin qalibi olan “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi (GMK) “Məişət zorakılığına yox, erkən nikaha son!” adlı layihənin icrasının birinci mərhələsini başa çatdırdı”.
Moderator.az-a açıqlamasında Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyinin rəhbəri İlkin Abdiyev bu gün dövlətimizdə gənclər sektorunda aparılan islahatlardan və rəhbərlik etdiyi birliyin olduqca qlobal problemlərin çözülməsi üçün icra etdikləri layihələrdən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanda son dövrlər gənclər sektorunda olduqca sürətli inkişaf getməlkllə yanaşı, bu gün Azərbaycanlı gənclərin dünyaya inteqrasiyası ölkəmizdə aparılan siyasi xəttdə mühüm rola malikdir: “Bu gün Azərbaycan gəncləri və ya gənclərdən ibarət birliklər ölkədə mövcud hər hansısa bir problemi həll etmək iqtidarındadır. Misal üçün “Gənclərin Maarifləndirilməsinə Kömək” İctimai Birliyi bu aydan etibarən “Məişət zorakılığına yox, erkən nikaha son!” layihənin artıq 2-ci mərhələsinə start verəcəkdir. Bu problemin əsasən bölgələrimizdə vüsət aldığını nəzərə alaraq, layihəni əsasən İmişli, Lənkaran, Quba, Qusar, Oğuz, İsmayıllı və Bakı şəhərlərində təşkil olunacaq. Eyni zamanda təşkilatımız tərəfindən təşkil olunacaq seminarlarda iştirak edənlər iştirakçı vərəqəsi və ya sertifikatlarla təltif olunurlar. İnanırıq ki, bu layihə öz töhvəsini verə biləcəkdir.”
































































































