“Zəngəzur dəhlizi İranla Ermənistana da açıqdır” – ŞƏRH 

Hazırda oxunan: “Zəngəzur dəhlizi İranla Ermənistana da açıqdır” – ŞƏRH 

43456

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, Füzuli və Zəngilana səfəri, Prezident İlham Əliyevlə müxtəlif açılışlarda iştirak etməsinin həm iqtisadi, həm də siyasi çəkisi var. Bunun üçün də müxtəlif siyasi ekspertlər prezidentlərin Qarabağ və Şərqi Zəngəzur səfərlərini fərqli bucaqlarda şərh edirlər.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə əsas iki məqamı qeyd etdi:

“Birincisi əlbəttə ki, həm Füzuli aeroportunun, həm də Zəngilandakı layihənin açılışı göstərir ki, Türkiyə Zəngəzur dəhlizinə tam dəstək verir”.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizinə aparan yollar sürətlə tikilir – Kimlər faydalanacaq? - Millət vəkilindən VİDEO CAVAB


Bizim.Media-ya özəl açıqlamasında Fərid Şəfiyev bildirib ki, tədbirdə Türkiyə prezidentinin şəxsən özünün iştirak etməsi Ankaranın siyasi və iqtisadi cəhətdən bu layihəni dəstəkləməsi deməkdir.

İkinci əsas mesaj isə ondan ibarətdir ki, Ərdoğan öz nitqində bu layihənin bütün ölkələr üçün olduğunu ifadə edib:

“Yəni, bütün qonşu ölkələr üçündür və burada hər hansı bir dövlətin təcrid olunmnasından söhbət getmir. Bu da bizim baxışa tam uyğundur. Zəngəzur dəhlizi, regional əməkdaşlıq həm İrana, həm də Ermənistana açıqdır. Təbii ki, burada Rusiya və digər ölkələrin də rolu var. İkinci mesajda Türkiyə və Azərbaycanın regionun bütün ölkələri ilə əməkdaşlılğa hazır olduğu yer alıb. Bu çərçivədə Ərdoğanın başqa mesajı da olub. O qeyd etdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa, İrəvan-Ankara əlaqələrinin normallaşdırılmasına heç bir əngəl olmayacaq”.

Qeyd edək ki, ağır məğlubiyyətə uğramış Ermənistanın “iqtisadi dalana dirənmə”sini Avropa ittifaqının ayırdığı maliyyə yardımları həll edə bilməz. Bundan dolayı isə İrəvan Bakının təklif etdiyi proyektlərə müsbət cavab vermək məcburiyyətindədir və bu, onun şansıdır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO