Noyabrın 9-da Ermənistanla Azərbaycan arasında iki yeni sənəd imzalanacaq – DETALLAR

Hazırda oxunan: Noyabrın 9-da Ermənistanla Azərbaycan arasında iki yeni sənəd imzalanacaq – DETALLAR

0:00
0:00
42866

Noyabrın 9-da Moskvada Ermənistanla Azərbaycan arasında iki yeni sənədin imzalanması gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

“Aliq Media”nın məlumatında qeyd olunur ki, sənədlərdən biri iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyasını nəzərdə tutur.

Bu sənədə əsasən, Yerevan və Bakı qarşılıqlı olaraq sərhədləri və ərazi bütövlüyünü tanıyacaq.

Digər sənəd isə regionda kommunikasiyaların, Azərbaycanla Naxçıvanı əlaqələndirən dəhliz də daxil olmaqla yolların açılmasıdır.

Sənəd bir müddət öncə Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin görüşü zamanı əldə olunan razılıqlar əsasında hazırlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO