Azərbaycan və NATO arasındakı münasibətlərin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ - FOTO

Azərbaycan və NATO arasındakı münasibətlərin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ - FOTO

Hazırda oxunan: Azərbaycan və NATO arasındakı münasibətlərin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ - FOTO
223576
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Müdafiə Nazirliyində NATO nümayəndələri ilə görüş olub.

Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən bildirilib.

Azərbaycan müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə səfərdə olan Müttəfiqlərin Avropadakı Ali Komandanlığı (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Bruasdal Gunnsteinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən keçirilən "15-ci NATO günləri" tədbiri çərçivəsində baş tutub.

Görüşdə hər iki tərəf arasındakı münasibətlərin cari vəziyyəti yüksək qiymətləndirilib və qurulan əlaqələrin bundan sonra da inkişafı üçün perspektivdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 

Həmçinin NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) və digər proqramlarında iştirak edən hərbi qulluqçularımızın fəaliyyəti yüksək qiymətləndirilib. Bundan sonra da müxtəlif təlim və kurslarda iştirak edəcək hərbi qulluqçular arasında təcrübə mübadiləsinin və özünü təkmilləşdirmənin vacibliyi xüsusi vurğulanıb.


Tərəflər arasında keçirilən görüş əsnasında münasibətlərin inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran suallar cavablandırılıb.

Azərbaycan və NATO arasındakı münasibətlərin cari vəziyyəti MÜZAKİRƏ EDİLDİ - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO