“Alman əsgərlərinə ərə gedin”x9d  - Çeçen komandiri - VİDEO

“Alman əsgərlərinə ərə gedin”x9d - Çeçen komandiri - VİDEO

Hazırda oxunan: “Alman əsgərlərinə ərə gedin”x9d - Çeçen komandiri - VİDEO

197562
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) “Vəhşi diviziya”x9d adlı qısametrajlı tarixi film hazırlayıb. Filmdə Çar Rusiyası dönəmində Azərbaycan və Qafqazın müsəlman xalqlarından yaradılmış və diviziyaya daxil olan könüllü süvari alaylarının, həmçinin tatar (azərbaycanlı) alayının Birinci Dünya müharibəsində iştirakından bəhs edilir.

Qafqaz Yerli Süvari diviziyasında (“Vəhşi diviziya”x9d)xa0 azərbaycanlılarınxa0 xüsusi yeri olub. Diviziyada şahzadə Feyzulla Mirzə Qovanlı-Qacar, Hüseyn xan Naxçıvanski, Nur bəy Sofiyev, Cəmşid xan Naxçıvanski kimi məşhur azərbaycanlı hərbçilər qulluq edib. “Vəhşi diviziya”x9dnın, xüsusən də tatar alayının müharibə dövründəki şücaəti misilsiz olub. Belə ki, məhz tatar alayının hərbçiləri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun formalaşmasında vacib rol oynayıblar.

Qeyd edək ki, tariximizin bu dönəmi çox az araşdırılıb. Təəssüf ki, “Vəhşixa0 diviziya”x9d barədə tarixi araşdırma və sənədli filmlərin hazırlanmasına baxmayaraq azərbaycanlıların bu hərbi qurumda rolu arxa planda qalıb. MEK film vasitəsilə azərbaycanlıların diviziyadakı qəhrəmanlıqlarını ön plana çəkməyə çalışıb. Film gələcəkdə bu mövzuda hazırlanması planlaşdırılan silsilənin birinci hissəsidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO