NATO Baş katibi: Azərbaycan Əfqanıstandakı missiyamızı tərk edən ən sonuncu ölkələrdən biri idi

Hazırda oxunan: NATO Baş katibi: Azərbaycan Əfqanıstandakı missiyamızı tərk edən ən sonuncu ölkələrdən biri idi

183058

Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır və biz uzun illərdir müxtəlif sahələrdə əməkdaşlıq edirik.

Bizim.Media xəbər verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüşdən sonra mətbuata bəyanatında bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər


Stoltenberq Azərbaycanın NATO-nun Kosovadakı missiyasına verdiyi töhfəni qiymətləndirdiklərini diqqətə çatdırıb.

"Biz eyni zamanda, sizin Əfqanıstandakı missiyamızda təmsil olunmağınızı və verdiyiniz töhfəni təqdir edirik. Azərbaycan Əfqanıstandakı missiyamızı tərk edən ən sonuncu ölkələrdən biri idi. Azərbaycan qüvvələri çox vacib missiyanı yerinə yetirdi, onlar Əfqanıstandakı hava limanının qorunmasına məsul idi".

Stoltenberq vurğulayıb ki, hava limanının qorunması çox vacib vəzifə idi.

"Bu onun göstəricisidir ki, bizim aramızda siyasi dialoqla yanaşı, praktiki əməkdaşlıq mövcuddur", - deyə Staoltenberq bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO