YAP İcra Katibinə namizəd məlum oldu - FOTO

Hazırda oxunan: YAP İcra Katibinə namizəd məlum oldu - FOTO

13706

Yeni Azərbaycan Partiyasının 5 mart tarixində keçiriləcək qurultayı yaxınlaşdıqca partiya daxili islahatlarla bağlı gözləntilər daha da artır. Partiya daxilində önəmli strukturlarda yenilənmələrin olacağı, yeni kadrların və simaların önə çəkiləcəyi ehtimal olunur.

Yenilənməyə gedəcək qurumlar içərisində xüsusilə partiyanın İcra Katibliyi yer alır.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin hazırkı rəhbəri Əli Əhmədovdur. O, 2005-ci ildən bu vəzifədədir. Fəaliyyət müddəti ərzində Yeni Azərbaycan Partiyasının əldə etdiyi naliyyətlərdə xüsusi rola malik olan Əli Əhmədov, partiya daxilində öz vəzifəsinin öhdəsindən laiqincə gəlməyi bacaran siyasətçilərdən bir olub.

 

MÖVZU İLƏ BAĞLI:

YAP-ın beynəlxalq əlaqələr müəmması – YENİ İCRA KATİBİ KİM OLACAQ?


Lakin yenilənmə çərçivəsində Əli Əhmədovun da İcra katibi vəzifəsində əvəzlənəcəyi ehtimal olunur.

Partiyada nəzərdə tutulan yenilənmə çərçivəsində İcra Katibliyinə namizədlər arasında Sadıq Qurbanovun da adı hallanır. Son dövrlərdə öz fəaliyyəti ilə seçilən Sadıq Qurbanov Əli Əhmədovun yerinə İcra Katibliyini laiqincə icra edə biləcək az saylı şəxslərdən hesab olunur.

O, partiyada uzun müddətdir ki, Əli Əhmədov ilə birgə çalışıb. 

Yeni Azərbaycan Partiyası sıralarında nüfuza malik şəxslərdən olan Sadıq Qurbanova bu günə qədər icra etdiyi vəzifələrdə də yüksək etimad göstərildiyi, onun da öz işini laiqincə yerinə yetirdiyi məlumdur. 

Bizim.Media



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO