İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif çərşənbə axşamı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüş zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.xa0
Moderator.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Tasnim”x9d agentliyi məlumat yayıb.xa0
İran Ramsarında 5-6 aprel tarixlərində Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.xa0
Zərif daha öncə danışıqların üç ölkənin iqtisadiyyat, ticarət və terrorla mübarizə sahələrində əməkdaşlıq məsələlərinə həsr ediləcəyini vurğulamışdı.
Eyni zamanda, İran XİN rəhbəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Qarabağ münaqişəsinin müzakirəsi üçün də görüşmək niyyətində olduğunu bəyan etmişdi.xa0






























































































