Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO

Hazırda oxunan: Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO
608916
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın 2 qadın güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.

Bizim.Media xəbər verir ki, Jalə Əliyeva (57 kiloqram) və Birgül Soltanova (65 kiloqram) 1/4 finalda rəqiblərinə qalib gələrək növbəti raunda adlayıblar.

Ruzanna Məmmədova (62 kiloqram) isə həmin mərhələdə uduzub.

Xatırladaq ki, Günay Qurbanova (59 kiloqram) bu gün bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur.

Daha əvvəl yunan-Roma güləşçiləri Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) qızıl, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar.

Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO - foto 1
Avropa çempionatı: 2 qadın güləşçimiz yarımfinalda - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO