Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

Hazırda oxunan: Putin G20-nin Mayami sammitində şəxsən iştirak edəcəkmi? – Kremldən AÇIQLAMA

608931

Rusiya Prezidenti Vladimir Putinin dekabrın 14-15-də Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı qərar hələ qəbul olunmayıb.

Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya indiyədək G20-nin hər bir sammitində müvafiq səviyyədə təmsil olunub və bu platforma üzrə iş davam edir.

“Belə qərar hələ qəbul edilməyib. Amma Rusiya hər sammitdə müvafiq səviyyədə iştirak edib. İyirmilik xətti ilə iş davam edir”, - deyə Peskov brifinqdə vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin ölkəsinin ABŞ-da keçiriləcək G20 sammitinə yüksək səviyyədə dəvət olunduğunu bildirmişdi.

Onun sözlərinə görə, Rusiyanı görüşdə kimin təmsil edəcəyinə tədbirə yaxın vaxtda aydınlıq gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO