İlham Əliyev Ərdoğanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə DANIŞIB 

İlham Əliyev Ərdoğanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə DANIŞIB 

Hazırda oxunan: İlham Əliyev Ərdoğanla Ermənistanla sülh müqaviləsi üzrə danışıqlar barədə DANIŞIB 
125737
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 15-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub. 

Bizim.Media xəbər verir ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşünün məhz Türkiyədə keçirilməsi təşəbbüsünün Azərbaycan Prezidentinə aid olduğunu deyən Türkiyə dövlətinin başçısı bu təşəbbüsə görə təşəkkürünü bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident İlham Əliyev Türkiyədə SƏFƏRDƏDİR - FOTO


Türk Dövlətləri Təşkilatının bu formatda keçirilən sammitlərinin əhəmiyyəti qeyd edilib, Zirvə görüşünün Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması mövzusuna həsr olunmasının önəmi vurğulanıb. 

Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmizin göstərdiyi qardaşlıq dəstəyini və nümayiş etdirdiyi həmrəyliyi bir daha minnətdarlıqla xatırladıb.

Türkiyə Prezidenti Azərbaycandan olan xilasedicilərin və həkimlərin zəlzələ bölgəsində səylərini, həmçinin təbii fəlakətin nəticələrini aradan qaldırmaq üçün ölkəmizin humanitar yardımlarını qeyd edib. 

Zəlzələ ilə bağlı bir daha başsağlığını çatdıran Prezident İlham Əliyev təbii fəlakətin Azərbaycan xalqını dərindən sarsıtdığını deyib. 

Görüşdə ölkələrimiz arasında qardaşlıq və dostluq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, ticarət, enerji, müdafiə, müdafiə sənayesi sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və regional məsələlər müzakirə olunub. 

Həmçinin söhbət zamanı Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO