Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - FOTO

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - FOTO

Hazırda oxunan: Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - FOTO
110544
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) nümayəndələri arasında 13-cü Qərargah danışıqları keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə nazirliyindən məlumat verilib. 

Məlumatda qeyd olunur ki, Azərbaycan Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov hər iki qardaş ölkə arasında keçirilən Qərargah danışıqlarının əhəmiyyətini vurğulayıb.
Görüşdə Azərbaycan və Türkiyə HHQ arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd edilib, eləcə də müxtəlif məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, plana uyğun olaraq qardaş ölkənin nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edəcək.

Bizim.Media

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı müzakirə olunub - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO