Moskva Qarabağ planını açıqladı...

Moskva Qarabağ planını açıqladı...

Hazırda oxunan: Moskva Qarabağ planını açıqladı...

100950
"Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın xarici siyasətondə əsas məsələlərdən biri olaraq qalır”x9d.
 
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova oktyabrın 14-də keçirdiyi brifinqdə deyib, O bildirib ki, xarici işlər naziri Sergey Lavrov bu məsələni həmkarları ilə müzakirə edib və rəsmi Moskva bu yöndə ABŞ və Fransa ilə yaxından əməkdaşlıq edir.
 
”x9dSergey Lavrov bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Görüşdə həmsədrlərin bu ay regiona səfəri ərəfəsində münaqişənin həlli ilə bağlı praktik məsələlər, habelə ATƏT-in Minsk qrupunun fəaliyyətinin koordinasiyası müzakirə olunub”x9d, Zaxarova əlavə edib.
 
O deyib ki, son vaxtlar münaqişə zonasında gərginlik və itkilərin çoxalması dialoqun bərpasını daha da çətinləşdirir: "Münaqişənin kəskinləşməsi yolverilməzdir, biz tərəfləri güc tətbiq etməkdən çəkinməyə və güzəşt üçün siyasi iradə göstərməyə çağırırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO