Dünyada 3-cü doza ilə bağlı şərtlər DƏYİŞİR – Bu şəxslərə vurulacaq 

Hazırda oxunan: Dünyada 3-cü doza ilə bağlı şərtlər DƏYİŞİR – Bu şəxslərə vurulacaq 

40545

TƏBİB dünyada buster (3-cü) doza tətbiq edən ölkələrdəki təcrübəni açıqlayıb.  

Bizim.Media-nın xəbərinə görə, TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası departamentinin rəhbəri Yaqut Qarayeva bildirib ki, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına əsasən, buster dozanın ilkin dozalardan 6 ay keçmiş və 65 + yaş həddi, 18+ yan xəstəlikləri mövcud, yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslərə vurulması tövsiyə edilir. 

“Böyük Britaniyanın Milli Səhiyyə Xidmətindən (NHS) bildirilir ki, 50+ yaş həddi üçün, 16+ yüksək risk qrupları, həmçinin yüksək risk şəraitində yaşayan və ya işləyən şəxslər buster doza qəbul edə bilərlər. İsraildə isə 3-cü doza 60+ yaşlı vətəndaşlarla yanaşı, avqust ayından 2+ yaşlı şəxslərə də tətbiq edilir. 

Tədqiqatlara əsasən, 3-cü doza almış 60+ yaşlı şəxslərdə yoluxmadan qorunma 11 dəfə, ağırlaşmalardan qorunma isə 19 dəfə artıb. Buster dozanın müsbət nəticəsi daha çox 65+ qrupda qeydə alınıb”. 

Y. Qarayeva, həmçinin əlavə edib ki, ÜST buster dozanı immunsupressiv hallarda və həssas qruplara tövsiyə edir.  

“Buster dozanın tətbiqi ilə bağlı Türkiyədə, Amerika Birləşmiş Ştatlarında keçirilmiş tədqiqatlara əsasən, buster dozanın effektivliyi sübut olunub. Kanada da immunsupressiv hallarda və həssas qruplara buster doza tövsiyə olunur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO