“Bakı marafonu 2024” start götürdü - 18 mindən çox iştirakçı yarışır - FOTO/ VİDEO

“Bakı marafonu 2024” start götürdü - 18 mindən çox iştirakçı yarışır - FOTO/ VİDEO

Hazırda oxunan: “Bakı marafonu 2024” start götürdü - 18 mindən çox iştirakçı yarışır - FOTO/ VİDEO

190510

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı marafonu 2024”ə start verilib.

Bizim.Media xəbər verir ki, 7-ci dəfədir təşkil edilən marafonda 18 mindən çox iştirakçı yarışır.

Marafonda 200-dən çox fəxri qonaq, 6 mindən çox tələbə iştirak edir. Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var.
“Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonun start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marşrut Dənizkənarı bulvar zonasından keçməklə şəhərin mərkəzi küçə və prospektlərini (Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi - Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi - Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi, “Cavanşir” körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) əhatə edir.
 





Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO