Qısaboylu uşaqların müalicəsində istifadə olunan dərmanın istehsalı DAYANDIRILDI – RƏSMİ 

Hazırda oxunan: Qısaboylu uşaqların müalicəsində istifadə olunan dərmanın istehsalı DAYANDIRILDI – RƏSMİ 

159661

Dövlət tərəfindən təmin olunan Norditropin preparatının xəstələrə verilməməsi ilə bağlı xəbər vermişdik. 

Həkim-radioloq Aydın Əliyevin bidirdiyinə görə, boyu qısa olan uşaqların boyunu artırmaq üçün istifadə olunan bu pereparat 2 aya yaxındır ki, TƏBİB tərəfindən təmin edilmir. 

Məsələ ilə bağlı TƏBİB-dən Bizim.Media-nın sorğusuna cavab verilib. 
 

MÖVZU İLƏ BAĞLI:

TƏBİB 2 aydır xəstələrə bu dərmanı niyə VERMİR? – ŞİKAYƏT/FOTO  


Bildirilib ki, sözügedən pereparatın istehsalı dayandırılıb:

“Uşaqlarda boy hormonunun müalicəsi üçün istifadə olunan dərman vasitəsi “Novo Nordisk” dərman şirkəti tərəfindən istehsal olunur. 2020-ci ildən 2023-cü ilin avqust ayına qədər bu preparatın təminatı 1500-ə qədər uşağı əhatə edib. Lakin cari il ərzində dünyada boy hormonun müalicəsi üçün nəzərdə tutulan preparatların xammalının əldə olunmasında yaranan çətinlik səbəbindən artıq 2 aydır ki, istehsalçı şirkət adıçəkilən preparatın təminatını dayandırıb”.

TƏBİB-dən o da qeyd olunub ki, yaranmış problemin aradan qaldırılması məqsədilə qurum dərhal zəruri addımlar atıb:

“Növbəti aydan boy hormonu müalicəsində istifadə olunan preparatın TƏBİB-in tabeliyində fəaliyyət göstərən Respullika Endokrinoloji Mərkəzinə təminatının başqa şirkət vasitəsi ilə bərpa olunması nəzərdə tutulub”. 

Qeyd edək ki, həmin preparatdan məqsədyönlü istifadəsini təmin etmək üçün yalnız xüsusi komissiyada xəstənin sağlamlıq vəziyyəti, preparata ehtiyac səviyyəsi və əks göstərişlər nəzərə alınmaqla imtiyazlı qrupa daxil olan xəstələr üçün təmin olunur.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO