Psixoloji xəstəliklər GENETİKDİR?

Hazırda oxunan: Psixoloji xəstəliklər GENETİKDİR?

154991

Azərbaycanda psixi xəstələrin sayı durmadan artır. 2022-ci ildə Azərbaycanda ilk dəfə psixi xəstəlik diaqnozu qoyulmuş xəstələrin sayı 6 983 nəfər olub. Halbuki, 2020-ci ildə bu rəqəm 4 0392021-ci ildə isə 4 751 nəfər olub.

Rəsmi statistikaya görə, 2022-ci ildə tibb müəssisələrində dispanser müşahidələri altında olan psixi xəstələrin ümumi sayı 113 836 nəfər olub. 2020-ci ildə bu rəqəm 106 299 nəfər, 2021-ci ildə 109 107 nəfər idi. 

Bir sıra mütəxəssislər psixi xəstəliklərin genetik olduğu qənaətindədir. Görəsən, bu nə dərəcədə doğrudur?

Bizim.Media-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla psixi xəstəliklərdə irsi faktorun rolunun olduğunu qeyd etdi. Amma həkimin dediyinə görə, irsi faktor yeganə faktor deyil: 

“Psixi xəstəliklər deyəndə adətən psixiatriya sahəsinə aid olan xəstəliklər nəzərdə tutulur. Psixi xəstəliklər nevroloji xəstəliklərdən fərqlidir. Bu əslində qabarması ilə bağlı olan xəstəlikdir. Belə xəstələr içərisində ən çox şizofreniklərə, reaktiv və digər mənşəli psixozlara rast gəlinir. 

Ümumiyyətlə, psixi xəstəliklərin, şizofreniyanın yaranmasında irsi faktorların rolu vardır. Bəzən görürük ki, nəsilliklə bir xətt üzrə belə xəstəliklərin təkrarlanması müşahidə edilir. Amma bütövlükdə bu xəstəliyin baş vermə səbəbi sonadək aydınlaşdırılmayıb. Onunla bağlı müxtəlif versiya və nəzəriyyələr var. 
Əlbəttə ki, burada irsi faktorun rolu da var. Lakin o tək yeganə faktor deyil. Məsələn, narkomanlarda, habelə müxtəlif toksiki maddələrin təsirilə də beyində bu cür psoxozlar və şizofreniya yarana bilər. Əslində bunlar da nəticələrdir. Amma irsi faktorun rolunun olması da birmənalıdır. Elə psixi xəstələr var ki, ata və ya ana bir xətti üzrə, nəsildən-nəslə ötürülür”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO