Son 1 həftədə 111 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü - STATİSTİKA 

Hazırda oxunan: Son 1 həftədə 111 nəfər koronavirusa yoluxdu, 5 nəfər öldü - STATİSTİKA 

152687

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (21.08.2023-27.08.2023) 111 yeni yoluxma faktı qeydə alınıb, 26 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Bizim.Media-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 5 nəfər vəfat edib. 

Azərbaycanda indiyədək ümumilikdə 832 132 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 821 773 nəfər müalicə olunaraq sağalıb, 10 300 nəfər vəfat edib, aktiv xəstə sayı 109 nəfərdir. 
Ölkədə son həftə ərzində 3 386, hazırkı dövrədək isə 7 671 823 test aparılıb. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO