Ukraynaya kim suriyalı muzdluları göndərir? – Ermənistan mətbuatının iddiasına CAVAB

Hazırda oxunan: Ukraynaya kim suriyalı muzdluları göndərir? – Ermənistan mətbuatının iddiasına CAVAB

64081

Erməni mətbuatı pesvdo siyasətçilərinə istinadən iddia edir ki, guya Türkiyə Ukraynaya döyüşməsi üçün 2 min suriyalı muzdlu əsgər göndərib. Özü də hələ də Qarabağda olan bu muzdlular Ukraynaya Azərbaycandan yola salınıbmış.

Görünən odur ki, dünyanın başının Ukraynada gedən gərgin proseslərə qarışdığı bir vaxtda ermənlər bir xalqın faciəsindən belə xeyirlərinə istifadə etməyə çalışırlar.

Əslində Ukraynada hansı xarici ölkələrdən vuruşmaq üçün könüllülərin gəlməsi heç də gizli saxlanılmır. Açıq şəkildə hansı ölkədən neçə könüllünün gəldiyi telegram kanallarında da nümayiş olunur. Amma ermənilərin bulanlıq suda balıq tutmaq istəyi həmişə olduğu kimi, yenə də ortadadır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya 400 muzdlu əsgər göndərib - Zelenskini öldürmək üçün 


Yerigəlmişkən ötən gün yayımlanan türk mətbuatının araşdırmasına görə Ukraynaya hazırda bir neçə istiqamətdən muzdlu əsgərlər göndərilir. Həmin tranzit ölkələrdən biri də Ermənistandır. 

Mövzuyla əlaqədar hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya açıqlama verərək bildirib ki, ermənilərin bu cür yalanlarının dəfələrlə şahidi olmuşuq: 

“Türkiyədən muzdluların göndərilməsi ilə bağlı yayılan xəbərlər eyni ilə Vətən müharibəsində Azərbaycan tərəfindən suriyalı, afrikalı, hətta şamanların belə döyüşməsinə aid iddialarından çox da fərqlənmir. İndiyədək ermənilərin yalanlarını təsdiqləyən vizual sənədlərə heç vaxt rast gəlməmişik. Amma bu yaxınlarda Ukraynada əsir götürülən rus və erməni əsilli şəxslərin həm Qarabağda, həm də digər separatçı rejimlərin mövcud olduğu ərazilərdə döyüş əməliyyatlarında iştirakının gördük. Və bu sonuncu faktlar həmin şəxslərin dilindən səslənən videogörüntülərdən bizə tanışdır”.

Hərbi ekspert onu da qeyd edib ki, əgər Ermənistan mətbuatı üçün muzdlular mövzusu çox maraqlıdırsa, o zaman həmin mətbuat nümayəndələri Suriyadan olan muzdluları Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə axtarmalıdır: - “Ermənistanda 13-ə qədər terror təşkilatının özəyi mövcud olduğu halda kənarda muzdlu silahlı döyüşçünün axtarılması sağlam məntiqə zidd fəaliyyətdir” -  deyə ekspert qeyd edib. 

Məleykə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO