Türk Dövlətləri Təşkilatının bugünkü vəziyyətə gəlib çatması olduqca qürurvericidir. Təşkilatın illər ərzində keçdiyi inkişaf yolu və bu gün türk dövlətlərini bir araya gətirən mühüm platformaya çevrilməsi böyük əhəmiyyət daşıyır.
Bizim.Media xəbər verir ki, bu sözləri “Türk dünyası dialoqları: Ortaq gələcək, ortaq vizyon” mövzusunda keçirilən panel iclasda Türkiyə Prezidentinin baş müşaviri Seyit Sertçelik deyib.
O qeyd edib ki, milli kimliyimizi, tariximizi və dəyərlərimizi unutdurmağa çalışan müxtəlif yanaşmalara baxmayaraq, biz öz kimliyimizi qoruyub saxlaya bilmişik.
“Bu gün türk dövlətlərinin bir araya gəlməsi, ortaq tarix və mədəniyyət ətrafında həmrəyliyin daha da güclənməsi Təşkilatın gələcəyindən xəbər verir”, - deyə Seyit Sertçelik vurğulayıb.
Bizim.Media

- A-
- A
- A+
Region
12:02 / 15.09.2026
Ərdoğanın baş müşaviri TDT-nin əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: Ərdoğanın baş müşaviri TDT-nin əhəmiyyətindən DANIŞDI
Hazırda oxunan: Ərdoğanın baş müşaviri TDT-nin əhəmiyyətindən DANIŞDI
636712
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































