“Ermənistan yaxın gələcəkdə Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir”.
Bizim.Media xəbər verir ki, bu sözləri Ermənistan Baş nazir Nikol Paşinyan parlamentin Dövlət və Hüquq Məsələləri Daimi Komitəsinin iclasında Korrupsiyanın Qarşısının Alınması Komitəsinin 2025-ci il fəaliyyət hesabatının müzakirəsi zamanı açıqlayıb.
Baş nazir bildirib ki, bu istiqamətdə fəaliyyətini davam etdirəcək.
Paşinyan həmçinin qeyd edib ki, TRIPP-in ratifikasiya prosesinə yaxın gələcəkdə başlanmalıdır.
Qeyd edək ki, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası 49,81% səs toplayaraq seçkilərin mütləq qalibi olub.
Onun partiyası parlamentdəki 105 mandatdan 61-ni qazanıb. Bu isə təkbaşına hökumət formalaşdırmaq üçün yetərlidir.
Bizim.Media







































































































