Ermənistan-Türkiyə danışıqları davam edəcək – Moskva görüşünün YEKUNU

Hazırda oxunan: Ermənistan-Türkiyə danışıqları davam edəcək – Moskva görüşünün YEKUNU

55401

"Xüsusi nümayəndələr pozitiv və konstruktiv atmosferdə gerçəkləşən ilk görüşdə Türkiyə və Ermənistan arasında dialoq yolu ilə davam etdiriləcək normallaşma prosesinə yönəlik fikir mübadiləsi aparıblar".

Bizim.Media "Aysor"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər müzakirələri ilkin şərtlər olmadan davam etdirməyə razılaşıblar.

Xatırladaq ki, bu gün Rusiyanın paytaxtı Moskvada Türkiyə və Ermənistanın münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş keçirilib.

Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlərə 1993-cü ildə son qoyulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO