Türkiyənin Kastamonu vilayətində daşqınlar: məhəllələr su altında qaldı - VİDEO

Hazırda oxunan: Türkiyənin Kastamonu vilayətində daşqınlar: məhəllələr su altında qaldı - VİDEO

43045

Türkiyənin Kastamonu vilayətinin Bozkurt rayonunda güclü leysan yağışlarının yaratdığı daşqınlar ağır fəsadlara səbəb olub.

Bizim.Media xəbər verir ki, rayon mərkəzinin Sınarcık, Yılmaz və Cümhuriyyət məhəllələri su altında qalıb. Ezine çayının məcradan çıxması ciddi fəsadlar törədib.

Bildirilir ki, şəhər təsərrüfatının normal idarə olunması üçün əlavə tədbirlərə başlanılıb.

Qeyd edək ki, Türkiyənin qərbi Qara dəniz ərazisi sel və daşqınlara ən həssas bölgədir.

Car ilin avqustunda Kastamonu, Sinop və Bartın vilayətlərində baş verən daşqınlar 82 nəfərin həyatına son qoyub, 228 nəfər xəsarət alıb, 16 şəxs itkin düşüb.

Ona görə də, yerli əhali sel və daşqın mövsümünü xüsusi narahatlıqla qarşılayır. Yerli hakimiyyət orqanları əhaliyə xəbərdarlıq edir ki, əlverişsiz hava şəraitində diqqətli olsunlar.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO