Alen Simonyan Ermənistanın Aİ-yə üzvlük məsələsindən danışdı

Hazırda oxunan: Alen Simonyan Ermənistanın Aİ-yə üzvlük məsələsindən danışdı

184402

Ermənistan hazırda Aİ-yə üzvlük məsələsini müzakirə etmir.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Düşünmürəm ki, bu, baş verə bilər. Ermənistan Aİ-yə üzv və ya namizəd olmaq üçün müraciət etməyib. Biz çox işlər görməliyik ki, Gürcüstan və ya Türkiyə kimi  illərlə gözləməyək. Ermənistanda bir çox standartların dəyişdirilməsinə ehtiyac var. Biz ərizə təqdim etsək belə, bunun nə qədər vaxt aparacağı sual altındadır”, - deyə o, əlavə edib.

Xatırladaq ki, Simonyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Aİ ilə münasibətləri dərinləşdirməyə və üzvlüyə namizəd olmağa hazırdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO