Rusiya Ermənistana hərbi müdaxilə edəcək? - VİDEO

Hazırda oxunan: Rusiya Ermənistana hərbi müdaxilə edəcək? - VİDEO

180949

Ukrayna Prezidenti Zelenskinin Ermənistana səfər edəcəyi xəbəri həftə ərzində ən çox müzakirə olunan mövzu idi. Bu, Kremlin səbrini daşıran son damla ola bilərdi. Amma Ermənistan bunu tez dərk etdi. Zelenskinin Ermənistana səfəri baş tutmayacaq.

Bizim.Media xəbər verir ki, bu fikirlər İctimai televiziyanın hazırladığı süjetdə yer alıb.

“Paşinyanın Putinin qırmızı xəttini keçməyə cəsarəti çatmadı. Əvəzində səfərin baş tutmamasını Azərbaycanın üzərinə atdılar. Guya Zelenski Azərbaycana da gəlməli imiş. Amma Bakı son anda bundan imtina edib və Zelenski regiona gəlməyib.

Hələ üstəlik, guya Zelenski Bakıdan İrəvana Azərbaycanın azad edəcəyi erməni diversantları hədiyyə də aparacaqmış. Deyəsən, Ermənistanda Hindistanın yalnız silahlarını almırlar. Hindistan kinolarına baxıb hindlilər üçün film ssenariləri də yazırlar. Ermənistan-Rusiya gərginliyi 1 ilə yaxındır davam edir.
Əvvəllər Moskvanın bu gərginliyə iqtisadi vasitələrlə cavab verəcəyi deyilirdi. Bu gün isə hərbi müdaxilədən də danışılır. Paşinyan bu günlərdə parlamentdə çıxışında dedi ki, apreldə Ermənistanı genişmiqyaslı tədbirlər gözləyir. Xatırlayırsızsa, Paşinyan hakimiyyətə 2018-ci ilin aprelində gəlmişdi. Amma apreldən əvvəl hələ mart var. Mart isə Ermənistana heç də həmişə bahar gətirmir”, deyə süjetdə bildirilir.

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO