Mehmet Perinçek: “USAİD-in fəaliyyəti bütün regionda qadağan olunmalıdır” – ÖZƏL 

Hazırda oxunan: Mehmet Perinçek: “USAİD-in fəaliyyəti bütün regionda qadağan olunmalıdır” – ÖZƏL 

166495

“Xüsusən 1980-ci ildən başlayaraq, ABŞ təşkilatları müxtəlif ölkələrdə müəyyən işlər görməyə başladılar. Bu fəaliyyətləri icra edən təşkilatlar siyahısında ən başda USAİD dayanır. Bu təşkilat bir çox ölkələrdə rəngli inqilabların baş verməsində mühüm rol oynayıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında türkiyəli politoloq, tarixçi Mehmet Perinçek deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bayden ölkəmizin təhlükəsizliyini təhdid edir - Ağ Evin keçmiş həkimi 


ABŞ-ın USAİD təşkilatının ölkəmizə qarşı başlatdığı çirkin kampaniyanı şərh edən Perinçek, Azərbaycanla yanaşı bir çox ölkələrdə oxşar çirkin fəaliyyətlərin aparıldığını qeyd edib:

“Amerika Birləşmiş Ştatları bir çox yerlərdə öz planlarını həyata keçirmək üçün bəzən silaha sarılır, güc tətbiq etməyə başlayır. Buna İraqda, Vyetnamda, Əfqanıstanda, Liviyada və digər bir çox yerdə həm keçmiş tarixdə, həm də günümüzdə rast gəlmişik. 

Lakin ABŞ-ın silaha baş vurması ciddi maliyyə resursları tələb edir. Bu, eyni zamanda həmin ölkələrdə anti-ABŞ ab-havası yaradır. Vaşinqton bunun qarşısını almaq məqsədiylə müxtəlif təşkilatlar yaradaraq, onların vasitəsilə həmin ölkələrə nüfuz etməklə daxildə öz gücünü göstərməyə başladı. 

Bu təşkilat hiyləgər fəaliyyətləri ilə bir çox ölkələrdə hökumətlərin devrilməsinə nail olub. Bəzi ölkələrin müxalifətlərinin maliyyələşməsində USAİD-in xüsusi rolu var.

USAİD-in Belarusdakı fəaliyyətlərindən hər kəsin xəbəri var. Təşkilatın Gürcüstanda hökumətin devrilməsində rol aldığı da məlumdur. USAİD-in Qırğızıstanda və digər Orta Asiya ölkələrində fəaliyyətlərinin olduğu da bilinir. Təbii ki, onlar rəngli inqilabı Azərbaycanda da həyata keçirmək istəyirlər”, - deyə M.Perinçek bildirib.

Azərbaycan liderinin Qərbdən və digər böyük güclərdən asılı olmayan, milli maraqlara hesablanmış balanslı siyasət yürütdüyünü deyən tarixçi, Vaşinqtonun öz maraqlarına uyğun olmayan siyasətə qarşı çirkin davranışlara əl atdığını vurğulayıb:

“Çünki cənab İlham Əliyev Qərbdən asılı olmayan, Azərbaycanın milli maraqlarına uyğun siyasət həyata keçirir. Bu o deməkdir ki, İlham Əliyev ABŞ-ın planlarına qarşı hərəkət edir. Onlar dəfələrlə İlham Əliyevə qarşı uğursuz fəaliyyətlər həyata keçirdilər. Bu fəaliyyətlər demokratik dəyərlər çərçivəsində həyata keçirilmir. 

Əksinə, bu addımlar dövləti yıxmağa hesablanan addımlardır. 

Buna görə də, bu kimi təşkilatların Azərbaycanda fəaliyyətlərinə icazə verilməməsi olduqca məqsədəuyğundur. Azərbaycan daxilində təşkilatlanan USAİD bunları Ermənistanda da edir. Məqsəd bölgədə sülhü əngəlləmək, xaos yaratmaqdır. Onlar yaradılan xaos nəticəsində bölgəyə müdaxilə etmək niyyətindədirlər. 

Buna görə də, Qarabağ məsələsini gündəmə gətirmək ABŞ üçün öndə gələn məsələlərdəndir. Bu istiqamətdəki fəaliyyətlərdə ABŞ-ın rıçaqlarından biri USAİD-dir. ABŞ-ın bu kimi fəaliyyətləri bütün bölgə ölkələrində əngəllənməlidir. Bu, demokratik dəyərlərə yox, dövlətləri dağıtmağa yönələn fəaliyyətdir”, - deyə M.Perinçek əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO