"Neftçi" səfərdə "Kəpəz"ə qalib gəldi

Hazırda oxunan: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəldi
99571
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bizim.Media xəbər verir ki, günün ilk matçında "Kəpəz" Gəncədə "Neftçi"ni qəbul edib.

Gəncə şəhər stadionundakı qarşılaşma "ağ-qaralar"ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Paytaxt təmsilçisinin heyətində 17-ci dəqiqədə Emin Mahmudov, 82-ci dəqiqədə Kenni Sayef fərqlənib.

Bölgə klubunda Zamiq Əliyev 62-ci dəqiqədə qırmızı vərəqə alaraq komandasını azlıqda qoyub. 21 yaşlı yarımmüdafiəçi görüşü ləngidən Kenni Sayefi başla vurduğu üçün meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 22-yə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. 4 xala malik "Kəpəz" "Sumqayıt"la birlikdə 8-9-cu yerləri bölüşdürür.

Qeyd edək ki, günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ı qəbul edəcək. Turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Qəbələ" ilə 1:1, "Səbail" səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib, "Sabah" isə doğma meydanda "Zirə"yə qalib gəlib - 1:0.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO