AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi

AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi

Hazırda oxunan: AFFA-nın 9-cu tur üçün cəza və cərimələri bilindi
99304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

AFFA İntizam Komitəsi növbəti iclasını keçirib.

Bizim.Media AFFA-nın saytına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 9-cu turunda keçirilən matçlardakı qayda pozuntuları barədə qərarlar verilib.  

Misli Premyer Liqasının 9-cu turunun “Qəbələ” – “Qarabağ” oyununda “Qəbələ” komandasının azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Qəbələ” klubu 1600 manat cərimə olunub. 

Oyunda “Qəbələ” klubunun 2 nömrəli futbolçusu İlkin Qırtımov oyunun 43-cü dəqiqəsində qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 1600 manat cərimə olunub.
"Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” klubunun azarkeşlərinin stadiona kənar əşya (plastik su qabı) atması  səbəbi ilə “Neftçi” klubu 1600 manat cərimə olunub. “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunub. 
 
"Zirə” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması səbəbi ilə “Şamaxı” klubu 3000 manat cərimə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO