Çingiz Əhmədov:

Çingiz Əhmədov: "Oğlumun qızı olacaq" - VİDEO

Hazırda oxunan: Çingiz Əhmədov: "Oğlumun qızı olacaq" - VİDEO

98915

Əməkdar artist Çingiz Əhmədov ikinci dəfə baba olacaq.

Bizim.Media xəbər verir ki, bu haqda sənətkar qonaq olduğu "Günün sədası" səhər şousunda deyib.

Ç.Əhmədov aktyor oğlu İbrahimin yaxın aylarda qız atası olacağını açıqlayıb.

"Mən artıq babayam. Qızımın altı yaşında bir qız övladı var. Allahın izni ilə oğlum İbrahimdən gözləyirik. Nənəsi ilə gedib həkimə baxıblar. Deyiblər ki, qız övladları olacaq. Olsun, yəgin ki, o da nənəsinin yolunu gedər və hüquqşunas olar.

Aktyor olub-olmamasını isə zaman və gələcək göstərər. Amma çox istərdim ki, dünyaya gələcək nəvəm nənəsinin yolu ilə getsin", - deyə Ç.Əhmədov açıqlama verib.
Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrının aktyoru olan İbrahim Çingiz həmkarı Aydan Axundzadə ilə ailəlidir.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO