Ərdoğandan Ermənistana ŞƏRT – “Sülh imzalayın, biz də sərhədləri açaq”

Ərdoğandan Ermənistana ŞƏRT – “Sülh imzalayın, biz də sərhədləri açaq”

Hazırda oxunan: Ərdoğandan Ermənistana ŞƏRT – “Sülh imzalayın, biz də sərhədləri açaq”

97859

“Türkiyə-Ermənistan-Azərbaycan münasibətlərinin isinməsini, həll olunmasını istəyirik”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab olaraq bildirib. 

O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir. 

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, avtomobil və dəmir yollarımızı açarıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO