Aİ Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır

Aİ Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır

Hazırda oxunan: Aİ Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır

94004

Avropa İttifaqı (Aİ) Azərbaycan və Ermənistan arasında əldə olunmuş atəşkəsi alqışlayır. 

Bizim.Media xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrellin mətbuat katibi Peter Stano bildirib. 

“Aİ Ermənistan və Azərbaycan arasında dünən saat 20:00-da qüvvəyə minmiş atəşkəs haqqında razılaşmanı alqışlayır. Atəşkəs rejiminə indiyə qədər riayət edildiyini bildirən yerli xəbərlər bizi ruhlandırır. 

Biz tərəfləri onun icrasını davam etdirməyə və hərbçi meyitlərinin təhvil verilməsi kimi humanitar addımları koordinasiya etməyə çağırırıq. 
Aİ-nin xüsusi nümayəndəsi Toivo Klaar Borrellin tapşırığına əsasən, dünən Bakıda və bu gün İrəvanda yüksək səviyyəli məsləhətləşmələr aparır. 

Aİ Ermənistan və Azərbaycan arasında normallaşma prosesində Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel vasitəsilə ən yüksək səviyyədə fəal iştirak edir”, - Stanonun bəyanatında qeyd olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO