Xaçmazda bu dəfə yağış işıqları söndürdü

Hazırda oxunan: Xaçmazda bu dəfə yağış işıqları söndürdü

92511

Şimal bölgəsində yağış elektrik enerjisinin verilişində problem yaradıb. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz rayonunda bir müddət əvvəl isti hava və küləkdən, yanğınlardan sönən işıq bu dəfə yağıntılı hava səbəbindən kəsilib. 

Səhərin erkən saatlarından rayonun əksər kəndlərinə - ən azı 10-dan artıq yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb. 

Səbəb kimi yağışlı hava göstərilir. “Azərişıq” ASC-nin Xaçmaz elekrik şəbəkəsindən isə bildirilib ki, fəsadların aradan qaldırılması istiqamətində iş aparılır.  

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO