Azərbaycan voleybol yığması “AVRO-2023”də növbəti qələbəsini qazandı

Azərbaycan voleybol yığması “AVRO-2023”də növbəti qələbəsini qazandı

Hazırda oxunan: Azərbaycan voleybol yığması “AVRO-2023”də növbəti qələbəsini qazandı
90843
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Voleybolçu qadınlardan ibarət Azərbaycan milli komandası 2023-cü il Avropa çempionatının seçmə mərhələsində növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, D qrupunda yer alan yığma Avstriyanı qəbul edib.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:19, 25:19, 25:13).

AVRO-2023, seçmə mərhələ

D qrupu (qadınlar)

28 avqust

18:00. Azərbaycan - Avstriya - 3:0 (25:19, 25:19, 25:13)

Hakimlər: Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya)

Bakı, Voleybol Mərkəzi

3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib - 3:0. Əvvəlki matçlarda Sloveniyaya səfərdə 0:3, evdə 2:3 hesabı ilə yenilən Avstriyanın isə 1 xalı var.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AVRO-2023-ə vəsiqə qazanacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO