
- A-
- A
- A+
Xaçmazda şəhid ailələri və qazilər üçün piknik keçirildi - FOTO
Xaçmazda şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçıları üçün piknik keçirilib.
Bizim.Media xəbər verir ki, Xaçmaz İcra hakimiyyətinin təşkilatçılığı ilə bazar günü keçirilən istirahət yönümlü tədbirdə şəhid ailələri və digər imtiyazlı şəxslər xoş saatlar yaşayıblar.
Samur-Yalama Milli Parkında baş tutan piknikdə Xaçmaz RİH başçısı Elnur Rzayev və rayon polis şöbəsinin Həmid Həsənov da iştirak edib.
İcra başçısı Elnur Rzayev şəhid ailələrinə dövlətin qayğısından danışaraq onların qayğılarının həllinin həmişə Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarətində olduğunu vurğulayıb.
Birgə nahardan sonra rayon rəhbəri və polis rəisi də piknik iştirakçıları ilə müxtəlif oyunlara qatılıb.
Elnur Rzayev şəhid ailələri və qazilərlə nərd də atıb, voleybol və stolüstü tennis də oynayıb.
Çay süfrəsində tort da kəsilib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































