AKTA-nın təşkil etdiyi beynəlxalq yay məktəbi layihəsi yekunlaşıb - FOTO 

AKTA-nın təşkil etdiyi beynəlxalq yay məktəbi layihəsi yekunlaşıb - FOTO 

Hazırda oxunan: AKTA-nın təşkil etdiyi beynəlxalq yay məktəbi layihəsi yekunlaşıb - FOTO 

84947

21 iyul 2022-ci il tarixində ADA Universitetində “Cyber Summer School - 2022” yay məktəbi layihəsinin bağlanış tədbiri keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəsmisi Elmir Vəlizadə, o cümlədən Dövlət Təhlükəsizliyi Xidməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, ADA Universiteti, bir sıra özəl və dövlət qurumlarının nümayəndələri iştirak edib.  

Tədbiri giriş sözü ilə açan AKTA idarə heyətinin sədri Rahid Ələkbərli layihənin önəmini  vurğulayıb və bu istiqamətdə görülən işlərin tərəfdaş ölkələrlə kibertəhlükəsizlik sahəsindəki əməkdaşlığın genişlənməsinə töhvə verəcəyini qeyd edib.  

Daha sonra mərasim iştirakçılarına yay məktəbi çərçivəsində təşkil olunmuş təlim-tədris prosesi və praktiki məşğələlər barədə qısametrajlı videoçarx təqdim olunub. Tədbirin sonunda mükafatlandırma mərasimi keçirilib, yay məktəbinin xarici və yerli iştirakçılarına sertifikatlar və müxtəlif qiymətli hədiyyələr təqdim olunub. 

Qeyd edək ki, iyulun 15-dən etibarən 7 gün müddətində davam edən yay məktəbi “Müxtəlif mədəniyyətlərin kiber birliyi” devizi altında təşkil olunub.

12-15 yaş aralığında 100-ə yaxın yeniyetmənin iştirakı ilə baş tutan layihədə kibertəhlükəsizlik sahəsində müxtəlif nəzəri və praktiki dərslər həyata keçirilib. 

İştirakçılar üçün gələcək ixtisas seçimləri, professional və şəxsi inkişaf istiqamətləri üzrə interaktiv müzakirələr, xarici ölkələrin aparıcı startap təsisçilərinin çıxışları, uğurlu karyera hekayələri və ustad dərsləri təşkil edilib. Kibertəhlükəsizlik və İT sahəsində üzrə beynəlxalq mütəxəssislərin iştirak etdiyi təlimlər gənc iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb. 

Xatırladaq ki, “Cyber Summer School - 2022” layihəsi Azərbaycanda gənc və yeniyetmələrin kibertəhlükəsizlik sahəsində bilik və bacarıqlarının artırılması üçün həyata keçirilən ilk beynəlxalq layihədir.
 

2021-ci ilin iyulunda təşkil olunan “Cyber Camp - 2021” layihəsi çərçivəsində yalnız Azərbaycandan olmaqla 80 nəfər yaxın yeniyetmə kibertəhlükəsizlik və İT sahəsi üzrə təlim proqramında iştirak edib.  

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə bu cür layihələrin gələcəkdə də icra olunması nəzərdə tutulur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO