I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı – FOTO

Hazırda oxunan: I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatdı – FOTO

76740

I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı başa çatıb. Üç gün davam edən festivalda türk dövlətlərini təmsil edən ölkələr öz nəşrlərini Bakı Dövlət Universitetinin həyətində kitabsevərlərə təqdim ediblər.

TÜRKSOY-dan Bizim.Media-ya bildirilib ki, festivalın bağlanış və mükafatlandırma mərasimində Beynəlxalq Türk Akademiyasının vitse-prezidenti Fizuli Məcidli, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayev, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, TÜRKSOY-un baş katibinin köməkçisi Bilal Çakçı, İLESAM-ın rəhbəri Məhmət Nuru Barmaksız, Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və yazıçılar, deputatlar, ictimai xadimlər iştirak ediblər.

Festival çərçivəsində Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Müəllifləri Birliyi (BEYTÜM) TÜRKSOY və İLESAM elm, ədəbiyyat sahəsində uğur qazanan ziyalıları, tədqiqatçıları və alimləri bir neçə nominasiya üzrə mükafatlandırıb.

“Türk Dünyası Kitab” mükafatına Milli Məclisin deputatı Cavanşir Feyziyev “Türk dünyası” 5 cildlik kitabına görə layiq görülüb.

Beynəlxalq Türk Akademiyasının Əlişir Nəvai “Qızıl medal”ı deputat Qənirə Paşayevaya, gümüş medalları AMEA-nın Ədəbiyyat İnstitutunun professoru Almaz Ülvi Binnətovaya, BDU-nun professoru Firuzə Ağayevaya, tədqiqatçı jurnalist Aida Eyvazovaya, şair Əkbər Qoşalıya, AMEA-nın əməkdaşı Ağahüseyn Şükürova təqdim edilib.

TÜRKSOY və İLESAM-ın ədəbiyyat və elm sahəsində mükafatlandırdığı alimlər, yazıçılar arasında Özbəkistanın M.Uluğbek adına Milli Universitetinin professoru Nigina Şermuradova, Qazaxıstanın Lev Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Amantay Şərif, Qırğızıstan Dövlət Universitetinin professoru Umut Kultayeva, Azərbaycan Yazıçılar İttifaqının ikinci katibləri Elçin Hüsenbəyli, Rəşad Məcid, AYB-nin mətbuat katibi Xəyal Rza, şair Elxan Zal, gənc yazıçı Fərid Hüseyn, araşdırmaçı alim və şairlər Cavanşir Yusifli, Seyfəddin Hüseynli, araşdırmaçı jurnalist Aida Eyvazova və digər tanınmış imzalar olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO