VikiLiks-in qurucusu Culian Assanj məhkəmə qarşısında

Hazırda oxunan: VikiLiks-in qurucusu Culian Assanj məhkəmə qarşısında

7318

Bu gün İngiltərənin paytaxtı Londonda VikiLiks-in qurucusu Culian Assanjın Amerika Birləşmiş Ştatlarına ekstradisiya olunması ilə bağlı məhkəmə prosesi baş tutacaq.

VikiLiks-in qurucusu Culian Assanj ABŞ-ın, xüsusilə İraq və Əfqanıstanda törətdiyi bir çox müharibə cinayətini ifşa etməkdə günahlandırılır.

Məhkəmə Assanjın ABŞ-a təhvil verilməsinə qərar verəcəyi təqdirdə onun 175 ilə qədər həbs cəzası alacağı gözlənilir. 

ABŞ, Britaniyanın Guantanamosu kimi tanınan “Belmarş” həbsxanasında saxlanılan Culian Assanjın “ölkə tarixindəki ən böyük gizli məlumat ötürülməsi işində iştirak etmək” və “casusluq” da daxil olmaqla 18 fərqli cinayətə görə ekstradisiya edilməsini tələb edir.

Xatırladaq ki, VikiLiks-in ən diqqət çəkən açıqlamalarından biri, təslim olanlar da daxil olmaqla mülki şəxslərin öldürülməsinin gizlədilməsi və məhbuslara işgəncə verilməsi kimi məlumatları özündə cəmləşdirən 2010-cu il sənədləri idi. Əfqanıstanla bağlı sənədlər ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın yüzlərlə mülki şəxsi öldürdüyünü və ölümlərini gizlətdiyini ortaya çıxarmışdı.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO