
- A-
- A
- A+
Bakıda sənaye istehsalının həcmi açıqlandı - 17 milyardı keçdi...
Bu ilin yanvar-mart aylarında Bakı sənayesində istehsal olunan malların və göstərilən xidmətlərin həcmi 17,7 mlrd. manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Bizim.Media-ya verilən məlumata görə, sənaye məhsulunun 84,8%-i mədənçıxarma, 12,9%-i emal, 1,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,4%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.
Sənayedə qeyri-dövlət sektorunun payı 90,3% olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 92,6%, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 7,4% təşkil edib.
İstehsal edilən məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2022-ci il vəziyyətinə 519,6 mln. manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınan və satış üçün nəzərdə tutulan 80,4 mln. manat məbləğində digər məhsullar da mövcud olub.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































