Partiya sədrləri hansı institutlarda təhsil alıblar? – SİYAHI  

Partiya sədrləri hansı institutlarda təhsil alıblar? – SİYAHI  

Hazırda oxunan: Partiya sədrləri hansı institutlarda təhsil alıblar? – SİYAHI  

71308

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara sədrlik edən şəxslərin heç də hər biri siyasi elmlər üzrə ixtisaslaşmayıb. 

Belə ki, araşdırmamız nəticəsində məlum olub ki, partiya sədrləri içərisində hüquq təhsili alanların sayı daha çoxdur. Bundan əlavə sözügedən siyasətçilər içərisində həkimlər, tarixçilər və şərqşünaslar da yox deyil. 

Onu da qeyd edək ki, partiya sədrlərinin böyük əksəriyyəti Bakı Dövlət Universitetinin məzunlarıdır.

Bizim.Media partiya sədrlərinin təhsil aldıqları universitetləri və ixtisasları təqdim edir:

Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı – Bakı Dövlət Universitetinin Tarix fakültəsi.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı – Bakı Dövlət Universiteti Filologiya fakültəsi.

Ümid Partiyasının sədri İqbal Ağazadə - Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi.

Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov – Bakı Dövlət Universitet Hüquq fakültəsi.

Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə - Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Müsavat Partiyası başqanı Arif Hacılı – Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi.

Vahid Azərbaycan Milli Birlik Partiyasının sədri Hacıbaba Əzimov – Bakı Dövlət Universiteti Tarix fakültəsi.

Ağ Partiya başqanı Tural Abbaslı – Müstəqil Azərbaycan Universiteti Jurnalistika fakültəsi.

Azərbaycan Naminə Alyans Partiyasının sədri  Abutalıb Səmədov – Bakı Dövlət Universiteti Hüquq Fakültəsi.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev – Bakı Dövlət Universiteti Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsi.

Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan – Yaroslavl Dövlət Universitetinin Hüquq fakültəsi.

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsi.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli – Bakı Dövlət Universiteti Hüquq fakültəsi.

Sosial Ədalət Partiyasının sədri Mətləb Mütəllimov – Bakı Dövlət Universiteti Hüquq fakültəsi.

Vəhdət Partiyasının sədri Tahir Kərimli – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn – Bakı Dövlət Universiteti Hüquq fakültəsi.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – Azərbaycan Tibb Universiteti Ali tibb.

Ədalət Partiyasının sədri İlyas İsmayılov – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz – Rostov Dövlət Universiteti Fəlsəfə fakültəsi.

Müasir Müsavat Partiyasınən sədri Hafiz Hacıyev - Azərbaycan Kənd Təsərrüfatı Akademiyası Zoomühəndislik fakültəsi.

Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə - Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsi.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Vətəndaş Birliyi Partiyasının sədri Sabir Hacıyev – Bakı Dövlət Universitetinin Hüquq Fakültəsi.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu – Bakı Dövlət Universiteti Tarix Fakültəsi.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev – Azərbaycan Dövlət Tibb Universiteti, Biologiya elmləri namizədi. 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli – Bakı Dövlət Universitetinin Hüquq fakültəsi.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – Azərbaycan Dövlət Tibb Universiteti Müalicə-profilaktika işi fakültəsi.

Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev – Azərbaycan Dövlət Dillər Universitetinin İngilis-fransız dilləri pedoqoji fakültəsi.

Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov – Lomonosov Adına Moskva Dövlət Universitetinin Tarix fakültəsi.

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu – Müstəqil Azərbaycan Universitetinin Beynəlxalq Münasibətlər fakültəsi.

Haqq-Ədalət Partiyasının sədri Əli İnsanov – Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika işi fakültəsi.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO