Rusiya Ukraynanın itkilərini açıqladı: “6 döyüş təyyarəsi, 8 tank, 22 artilleriya batareyası...” – VİDEO

Hazırda oxunan: Rusiya Ukraynanın itkilərini açıqladı: “6 döyüş təyyarəsi, 8 tank, 22 artilleriya batareyası...” – VİDEO

70168

“Yüksək dəqiqlikli havadan buraxılan raketlər gecə ərzində Ukraynanın 16 hərbi obyektini məhv edib. O cümlədən Barvenkovo, Qulyay Pole, Kamışevaxa, Zelenoye Pole, Velikomixaylovka və Nikolayev yaşayış məntəqələri ərazilərində cəmləşmiş düşmənin 5 komanda məntəqəsi, yanacaq anbarı, üç döyüş sursatı anbarı, həmçinin şəxsi heyət və hərbi texnika sıradan çıxarılıb”.

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanın Lvov şəhərinə raket zərbələri endirildi - VİDEO


Onun sözlərinə görə, Rusiya Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası Ukrayna hərbi texnikasının və şəxsi heyətin cəmləşdiyi 108 əraziyə zərbələr endirib:

“Buda rayonunda Ukraynaya məxsus pilotsuz uçuş aparatı hava-hava raketi ilə vurulub. Ordu aviasiyası Paşkovo, Veseloye və İliçevka ərazilərində düşmənin 8 tankını və digər zirehli döyüş texnikasını, həmçinin bir rotanı (canlı qüvvəni) məhv edib.

Raket qoşunları “İskəndər” yüksək dəqiqlikli yerüstü raketləri ilə zərbələr endirib. Dörd silah anbarı və Ukrayna hərbi texnikası, həmçinin Popasnaya, Yampol və Kramatorsk yaşayış məntəqələri yaxınlığında düşmənin canlı qüvvəsinin cəmləşdiyi üç ərazi məhv edilib.

Rusiya artilleriya bölmələri gecə saatlarında Ukrayna qoşunlarının 315 obyektinə hücum edib.

Nəticədə 18 komanda məntəqəsi, 22 artilleriya batareyası, OSA-AKM zenit-raket kompleksi, həmçinin düşmənin 275 dayaq məntəqəsi və canlı qüvvənin cəmləşdiyi ərazilər vurulub. 

Rusiyanın hava hücumundan müdafiə sistemləri havada üç Ukrayna döyüş təyyarəsini zərərsizləşdirib. İzyum qəsəbəsi yaxınlığında iki MiQ-29 qırıcısı və Avdiyevka yaxınlığında bir Su-25 qırıcısı sıradan çıxarılıb.
Həmçinin Klimovo, Nevelskoye, Novotroitskoye, İzyum, Panteleymonovka, Sladkovodnoye, Yasnoye yaşayış məntəqələrinin ərazilərində Ukraynaya məxsus 11 pilotsuz uçuş aparatı vurulub. Ukraynanın reaktiv yaylım atəşi sistemləri tərəfindən Çernobaevka qəsəbəsinə atılan 10 iriçaplı raket ələ keçirilib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO