Latviyada təqaüdlə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: “Bu tarixədək...”

Latviyada təqaüdlə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: “Bu tarixədək...”

Hazırda oxunan: Latviyada təqaüdlə təhsil almaq istəyən Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ: “Bu tarixədək...”

67233

Latviya Respublikası hökuməti tərəfindən 2022-2023-cü tədris ili üzrə Azərbaycan vətəndaşları üçün elan olunmuş təqaüd proqramına sənəd qəbulu sabah başa çatır.

Bu barədə Bizim.Media-ya Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak üçün vətəndaşlar aprelin 1-dək müraciət edə bilərlər.

Namizədlərin müraciətləri araşdırıldıqdan sonra yekun qərar Latviya Dövlət Təhsil İnkişaf Agentliyi tərəfindən veriləcək.

Proqram bakalavriat, magistratura və doktorantura səviyyələri üzrədir.

Təqaüd proqramı Azərbaycan və Latviya arasında təhsil sahəsində əməkdaşlığa dair 2017-ci il iyulun 17-də Riqa şəhərində imzalanmış sazişə uyğun olaraq həyata keçirilir. Proqram çərçivəsində təhsilə dair əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO