“Dünyanın ən böyük” uşağı vəfat etdi - FOTO

Hazırda oxunan: “Dünyanın ən böyük” uşağı vəfat etdi - FOTO

6711

Rusiya Federasiyasının vətəndaşı olan, “dünyanın ən böyük uşağı” kimi Ginnesin Rekordlar Kitabına düşən Kabarda-Balkariya Respublikasının sakini Cambulat Xatoxov ölüb.

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın gənc güləş komandasının məşqçisi Betal Qubjev özünün “Instagram” səhifəsində paylaşım edib.

“Ginnesin Rekordlar Kitabının rekordçusu, Kabarda-Balkariya Respublikasının ilk sumo güləşçisi Cambulat Xatoxov vəfat edib. Ailəsinə və yaxınlarına başsağlığı verirəm”, - deyə o yazıb.

21 yaşlı C. Xatoxovun ölüm səbəbi açıqlanmır.

Məlumata görə, C. Xatoxov 2003-cü ildə Ginnesin Rekordlar Kitabına düşüb. İki yaşında 34 kiloqram çəkisi olan Xatoxov yeddi yaşında – 115, on üç yaşında – təxminən 180 kiloqram ağırlığında idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO