Rusiya Qara Dəniz Donanmasının komandir müavini Ukraynada öldü

Hazırda oxunan: Rusiya Qara Dəniz Donanmasının komandir müavini Ukraynada öldü

65741

Rusiya Qara Dəniz Donanması komandanının müavini, birinci dərəcəli kapitan Andrey Paliy Ukrayna ərazisində ölüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mətbuatı yayıb.

Mənbə yazır ki, onun harada və hansı şəraitdə öldüyü barədə məlumat verilmir.

Xatırladaq ki, Paliy Murmansk vilayətinin Severomorsk şəhərində məktəbdə oxuyub, 1992-ci ildə Kiyev Ali Dəniz Siyasi Məktəbini sosial psixologiya, müəllim ixtisası üzrə bitirib. Sonra leytenant Paliy Kiyevdə Ukrayna Milli Qvardiyasının 2-ci alayının 4-cü rotasının komandirinin tərbiyə işləri üzrə müavini təyin edilib, lakin 1993-cü ilin martında Ukrayna hərbi andını qəbul etməkdən imtina etdiyi üçün Rusiyanın Şimal Donanmasına hərbi xidmətə gedib. 2008-ci ilin avqustunda Gürcüstan ərazisində döyüş əməliyyatlarında iştirak edib.

Qara dəniz donanması komandirinin hərbi-siyasi işlər üzrə müavini olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO