Arne Slot UEFA-da ÇALIŞACAQ

Arne Slot UEFA-da ÇALIŞACAQ

Hazırda oxunan: Arne Slot UEFA-da ÇALIŞACAQ
641850
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Liverpul”un sabiq baş məşqçisi Arne Slot UEFA-nın 2026/2027 mövsümü üçün Çempionlar Liqasının Texniki Müşahidəçilər Qrupuna daxil edilib.

Bizim.Media xəbər verir ki, bu barədə təşkilatın rəsmi saytı məlumat yayıb.

Mayın 30-da “Liverpul”dan ayrılan niderlandlı mütəxəssis dörd aydan bir qədər çox müddətdən sonra yeni fəaliyyətə başlayıb. O, 36 ekspertin yer aldığı qrupun tərkibində Avropa turnirlərində keçirilən oyunları, taktiki tendensiyaları və məşqçilik yanaşmalarını təhlil edəcək.

 

Həmçinin statistika və video materiallar əsasında texniki hesabatların hazırlanmasında iştirak edəcək. Qrupun üzvləri arasında Erik ten Haq, Ule-Qunnar Sulşer, Qaret Sautqeyt, Tomas Frank və Rafael Benites də var.

 

Slotun yeni vəzifəsi məşqçilik fəaliyyəti ilə bağlı deyil. O, futbolçuların idarə olunmasında və komandanın oyunlara hazırlanmasında iştirak etməyəcək.

Qeyd edək ki, Arne Slot 2024-cü ildə “Liverpul”un baş məşqçisi təyin olunub və komandaya 2024/2025 mövsümündə İngiltərə Premyer Liqasının çempionluğunu qazandırıb. Bundan əvvəl o, “Feyenoord”la Niderland çempionu olub və 2022-ci ildə komandanı UEFA Konfrans Liqasının finalına çıxarıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO