Kiyev yaxınlığındakı 64 kilometrlik rus kolonu “yoxa çıxıb” – FOTO

Hazırda oxunan: Kiyev yaxınlığındakı 64 kilometrlik rus kolonu “yoxa çıxıb” – FOTO

64184

Kiyev yaxınlığında bir neçə gündür dayanan 64 kilometrlik rus hərbi kolonu dağılıb.

Bizim.Media BBC telekanalına istinadən xəbər verir ki, bunu Maxar tərəfindən yayımlanan peyk görüntüləri sübut edir.

Fotoşəkillərdən görünür ki, kolonun bəzi hissələrindən olan texnika, xüsusən də Kiyev vilayətinin Borodyanski rayonunun Lubyanka və Ozera kəndləri yaxınlığındakı meşə zolaqlarına səpələnib.

Zirehli texnika, artilleriya, mobil hava hücumundan müdafiə sistemləri və yük maşınlarından ibarət nəhəng kolon bir neçə gündür Ukrayna paytaxtının şimal-qərbində, Çernobıldan Kiyevə doğru yolda dayanmışdı. 
Ukrayna ordusunun düşmənin bu maddi-texniki kabusundan necə xilas olduğu məlum deyil. Bu şəkillər 10 mart cümə axşamı səhər saat 11 radələrində çəkilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO